Kadrlar İsmayıllının Qoydan kəndində qeydə alınıb. Aramsız yağan yağışlar kənddə torpaq sürüşməsinə səbəb olub.
Torpaq sürüşməsinin baş verdiyi əraziyə yaxın evlərin uçma təhlükəsi var. Sakinlər sürüşmənin davam edəcəyi təqdirdə evlərinə ciddi ziyan dəyəcəyindən narahatdır. Analoji hadisə kənddə 2016-cı ildə də baş verib. Həmin zaman da sakinlərə yeni evlərin tikilməsinə köməklik göstəriləcəyi vurğulansa da aradan 8 il keçməsinə baxmayaraq heç bir iş görülməyib.
Məsələ ilə bağlı icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər: Layihə smeta sənədlərinin hazırlanması işləri aparılır. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin qorunması üçün lazımı atdımlar atılacaq. Sakinlərə isə ümid etmək qalır ki, həmin addımlar atılanadək sürüşmə genişlənib hər hansı fəsad törətməsin.
Bazar ertəsi, 24 İyun 2024 14:59