Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili, rus ədəbiyyatı, alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. 21-24 iyun tarixlərində keçiriləcək imtahanlar ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.
Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyində olan məktəblərin 1820 təhsil verəni sertikatlaşdırma imtahanlarına cəlb olunublar. Mil-Muğan regionu üzrə isə 440-a yaxın müəllim imtahanda iştirak edib.
Təhsildə keyfiyyətin artırılmasını nəzərdə tutan sertifikasiyanı müəllimlər üçün cəlbedici edən həm də göstərdikləri nəticəyə uyğun əməkhaqqlarına ediləcək əlavələrdir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçə biləcəklər. Həmin müəlilimlərin vəzifə maaşlarına 10 faiz, 50 baldan yuxarı nəticə göstərənlərin isə əməkhaqqına 35% əlavələr ediləcək.
Cümə, 21 İyun 2024 13:27