Ötən ilə nisbətən yağıntının çox olması səbəbindən, bu il çaylarda suyun səviyyəsi, həmçinin sel təhlükəsi də artıb. Şəki rayonunda son bir neçə ay ərzində Qırxbulaq, İnçə, Qaradağlı, Babaratma, Baş Küngüt, Baş Layısqı və digər kəndlərində sel hadisələri baş verib. Bu səbəbdən də ən dağıdıcı çayların keçdiyi Şəkidə sel və daşqınlara qarşı mübarizə tədbirləri gücləndirilib.
Rayonun ən iri və təhlükəli çaylarından olan Şin çayı 10 mindən çox əhalisi olan Baş Göynük, Baş Layisqi, Köndələn, Subasan və digər kəndlərin yaxınlığından keçir. Çayın öz məcrasını yaşayış ərazilərinə doğru dəyişməsi bu kəndlərin sakinlərini sel təhlükəsi ilə qarşı qarşıya qoyur.
Sel təhlükəsi yüksək olan Kiş, Küngüt və Zəyzid çaylarında da məcralar təmizlənir, sahilbərkitmə işləri aparılır. Ancaq görülən işlərə baxmayaq bir sıra yerlərdə, Şin, Zəyzid, Küngüt çaylarında əlavə sel sularından mühafizə bəndlərinə ciddi ehtiyac var. Baş mühəndis bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edildiyini və dövlət proqramına salındığını bildirdi.
Beton bəndlərin tikilməsi ilə yanaşı, çay sahillərində 300 paq.m. qabyon bəndlərin də qurulması nəzərdə tutulub. Eyni zamanda suvarma mövsümü olduğu üçün çaylardan gələn su əkin sahələrinə yönəldilir. Hazırda 39 min hektara yaxın sahənin suvarılması aparılır.
Cümə axşamı, 20 İyun 2024 12:28