19 yaşlı gənc çayda çimərkən boğulub. Balakən rayonu Talalar kənd sakini Ülfət Əliyev Katex çayının Zaqatalanın Uzun Tala kəndindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.
Yaxınlarının məlumatına görə, Bakıda işləyən və istirahət üçün rayona gələn Ülfət dostları ilə birgə çaya çimməyə gedib və axşam saatlarında onun ölüm xəbəri gəlib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Çərşənbə, 19 İyun 2024 13:36