Şəki kəndində keçirilən anım günündə şəhidin ailəsi, döyüş yoldaşları ictimaiyyət nümayəndələri ştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər şəhid Kamal Kamallının keçdiyi şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompazisiyalar ifa olunub. Qeyd edək ki, 29 yaşlı Kamal Kamallı 2020-ci ilin avqust ayından Dövlət Sərhəd Xidmətində gizir kimi xidmətə başlayıb. O, Vətən müharibəsinin iştirakçılarından biridir. Qeyd edək ki, Kamal Kamallı 2021-ci ildə sərhəd-döyüş məntəqəsindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında qəzaya düşərək şəhadətə yüksəlib.
Bazar ertəsi, 17 İyun 2024 12:09