Sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların pulunu və qızıllarını talayan şəxs saxlanılıb. 24 yaşlı Cavid Mustafayev Instagramda səhifə yaradaraq insanlara daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib.
Daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pul alıb. Bu üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.
Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün müəyyənləşdiridyi yerlərə qoymalarını tələb edib. Məhkəmənin qərarı ilə Cavid Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Cümə, 14 İyun 2024 12:51