Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara sakini İlyas Dadaşov saxlanılıb. Ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana götürülüb. Araşdırmalarla onun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.
O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş. Məhkəmənin qərarı ilə Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib.
Çərşənbə axşamı, 11 İyun 2024 13:37