Şəki şəhərində Təhsil İnstitutunun təşkilatçılığı ilə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə bağlı ümumtəhsil müəssisələrində işləyən müəllimlərlə görüşlər keçirilib.
2 gün davam edəcək tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edir.
Tədbirin əsas məqsədi təhsilverənləri təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirilmələrdə nəzərə alınmış əsas məqamlar ilə bağlı qarşılıqlı müzakirələr aparmaq olub. Tədbir iştirakçıları təkmilləşdirilmiş fənn kurikulumları haqqında öz rəylərini bildirib və bu istiqamətdə aktiv müzakirələr aparılıb.
Bazar ertəsi, 10 İyun 2024 12:27