Şamaxıda Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təlim keçirib. Təlimdə komitə rəsmiləri ilə yanaşı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının , eləcə də aidiyyatı təşkilatların nümayəndələri iştirak edib.
Ölkə ərazisində Məişət zorakılığının qarşısının alınması istiqamətində görülmüş işlərdən və qarşıdan duran problemlərdən bəhs edilib, zorakılığa məruz qalmış şəxslərin müdafiəsinin təşkilinin zəruri olduğu vurğulanıb. Təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının hesabatları dinlənilib, qarşılıqlı diskussiyalar aparılıb.
Şənbə, 08 İyun 2024 11:54