Bölgələrdə karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər keçirilib və feremon tələlər quraşdırılıb. Zərərvericinin ən çox təsadüf edildiyi Şimal-Qərb və Qərb bölgələrində qəhvəyi mərmər bağacığına qarşı artıq 3 ildir ki, mübarizə aparılır.
Görülən tədbirlər artıq öz bəhrəsini verir. Belə ki, öncəki illər zərərvericinin ən çox müşahidə edildiyi bölgələdən olan Balakən rayonu ərazisində 2024-cü ilin müvafiq dövrü ərzində qışlama yerlərinin manitorinqi zamanı 17 kənddə cəmi 8576 ədəd qəhvəyi mərmər bağacığı aşkarlanaraq, mexaniki üsulla məhv edilib. Bu rəqəm ötən illərlə müayisədə xeyli aşağıdır.
Mart ayından başlayaraq zərərvericinin populyasiyalarının kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 5975 ədəd feromon tələ quraşdırılıb. Qəhvəyi mərmər bağacığına qarşı bu günədək 2,3 min hektar sahədə müşahidə aparılıb, 140 hektarda sirayətlənmə aşkarlanıb və 130 hektar sahədə mübarizə tədbirləri görülüb. Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsuldarlığa ciddi ziyan vura bilir.
Cümə axşamı, 06 İyun 2024 14:29