Tərtər rayonunun Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Süleymanovun meyitinin qalıqları Şəkiyə gətirilərək rayonun Cəfərabad kəndində ailəsinə təhvil verilib.
Vida mərasimindən şəhidin nəşi Cəfərabad kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə Şəkinin Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.
Çərşənbə, 05 İyun 2024 18:19