Vətən müharibəsində şəhid olan Səbuhi İskəndərli və Elşən İbrahimovun bir vaxtlar təhsil aldığı Şəki şəhər 11 saylı tam orta məktəbin girişində barelyefinin açılışı olub.
Tədbirdə şəhidlərin ailə üzvləri, dostları, rayon ictimaiyyəti iştirak edib. Vətən uğrunda şəhid olan igidlərimizin xatirəsi yad edilib. Çıxış edənlər qəhrəmanlarımızın şərəfli ömür yolundan söz açıb, onların yüksək mənəvi keyfiyyətlərə malik olan nümunəvi gənclər kimi xatırlandığını qeyd ediblər.
Vətən uğrunda canından keçən qəhrəmanlarımıza layiqli ehtiramın hər birimizin mənəvi borcu olduğu vurğulanıb. Çıxışlardan sonra xatirə barelyefinin açılışı olub. Abidə önünə gül dəstələri düzülüb.
Çərşənbə, 05 İyun 2024 13:14