Çərşənbə axşamı, 04 İyun 2024 13:36

Məktəb binasının yenidən qurulması niyə yubanır?

Şəkidə illərdir qəzalı vəziyyətdə olan şəhər 18 nömrəli orta məktəbin binası 2023-2024-cü tədris ilindən fəaliyyət göstərmir. İstismar müddəti bitən bina təmir üçün bağlanıb, şagirdləri isə qonşu məktəbə yerləşdirilib. Ancaq aradan keçən bu bir il ərzində qapısına qıfıl vurulan məktəbdə necə deyərlər, bir mismar belə çaxılmayıb. Başqa məktəbdə müəyyən məhdudiyyətlərlə təhsil alan şagirdlərsə vəziyyətdən narazıdır.

Bəs, proses niyə yubanır ? - ELə bu sualla Şəki-Zaqatala RTİ-yə müraciət etdik. İdarədən bildirildi ki, 18 nömrəli tam orta məktəbin tikintisi ilə bağlı texniki layihələndirmə işləri başa çatıb. Hazırda layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Yaxın zamanda mövcud təhsil müəssisəsinin söküləcək, yeni məktəb binasının tikintisinə başlanacaq.

Belə görünür, qurumlar arasında uzun çəkən razılaşma uşaqları normal şəraitdə, doğma məktəblərində təhsil almaq hüquqlarından edib. Ümid edirik məsələ tezlikllə həllini tapar və növbəti tədris ilində 18 saylı tam orta məktəbin şagirdləri öz məktəblərində tədrisə davam edə bilərlər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S