Şəkidə yaşayış evində partlayış baş verib. Hadisə Şəkinin Baş Göynük kəndində qeydə alınıb. Belə ki, evin mətbəxinə sızan qaz partlayışa səbəb olub. Partlayış nəticəsində iki nəfər - 78 yaşlı Məhəmməd Seyidov və 72 yaşlı Güllü Seyidova əl və üz nayihələrindən yanıq xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsə tibbi yardım göstərildikdən sonra ambulator müalicə şərtilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.