Zaqatalada 6 otaqlı fərdi yaşayış evini ildırım vurub. Hadisə gecə saatlarında rayonun Yuxarı Tala kəndində baş verib. Kənd sakini Maarif Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evini ildırım vurub. Daha sonra evdə yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Evin yanar konstruksiyaları yanıb, yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şənbə, 01 İyun 2024 12:12