Azərbaycan Voleybol Federasiyası Qaxda yeniyetmə qızlar üçün təlim-məşq toplanışı keçirir. Qax Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə Oğuz Regional Voleybol Klubunun əhatə etdiyi rayonlardan 2012- 2014-cü il təvəllüdlü idmançılar iştirak edirlər. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir.
Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir. Məqsəd isə voleybol idman növünün inkişaf etdirilməsi və milli komandaların region gənclərinin hesabına formalaşdırılmasıdır. Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər Regional Voleybol Klublarında da təşkil olunacaq.
Çərşənbə, 29 May 2024 13:18