Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Zaqatala Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla 35 yaşlı Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı 44 yaşlı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.
Dəhşətli qətlin bəzi təfərrüatları da məlum olub. Məlumata görə, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atasının il mərasiminə toplaşıblar. Ov tüfəngi ilə vurularaq ağır xəsarət alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılakən yolda dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
Çərşənbə axşamı, 28 May 2024 12:21