Şəki polisi 49 yaşlı Namiq Məmmədovu saxlayıb. Ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.
Bazar ertəsi, 27 May 2024 13:29