Zaqatalada “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Rayonda fəaliyyət göstərən 16 xidmət orqanlarının hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin və texnikalarının qatıldığı təlim zamanı şərti həyəcan siqnallarından istifadə edilib, törədilən şərti yanğınlar irimiqyaslı texnikalardan istifadə edilməklə söndürülüb. 2 gün davam edən təlimin məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.