Sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı 3:1 hesabla məğlub edən "Şamaxı" I Liqanın çempionu olub. Azərbaycanın müstəqillik dönəminin peşəkar futbol tarixində ilk dəfə yüksək liqadan aşağı liqaya düşən klub yenidən bir mövsüm ərzində geri qayıdış edib. Hətta bu dirçəliş son 30 illik idman tariximizdə barmaqla sayıla biləcək nailiyyətdir desək, yanılmarıq.
“Şamaxı” futbol klubunun 2024/2025-ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək olması rayon sakinlərinin və komanda azarkeşlərinin böyük sevincinə səbəb olub. Xüsusi vurğulamaq lazımdır ki, bu nəticə heç bir legioner cəlb etmədən, yalnız azərbaycanlı futbolçularla qazanılıb. Bu ilki mövsümdə I liqanın qalibi olan Şamaxı komandasının mükafatlandırılması tədbiri keçirilib.
Mərasimdə Mədəniyyət və incəsənət kollektivlərinin konserti olub. Ardınca azarkeşlərin alqış sədaları altında Şamaxı komandasının idmançılarına medallar və kubok təqdim olunub. Qeyd edək ki, 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılıb və həmin tarixdən ev oyunları Şamaxı şəhər stadionunda keçirilir...
Cümə, 24 May 2024 13:59