Cümə axşamı, 23 May 2024 12:56

Atmosferi çirkləndirənlərə qarşı tədbirlər...

Qobustan atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib. Saxlanılan nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində isə inzibati qaydada tədbir görülüb. "Təmiz hava" aylığı iyun ayının 15-dək davam edəcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S