Çərşənbə, 22 May 2024 12:15

Atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri cərimələndi...

Zaqatalada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb. “Təmiz hava” aylığı çərçivəsində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisi bölməsinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə profilaktik tədbirlər keçiriblər.

Şəhər əraisində avtomobillər saxlanılaraq xüsusi cihaz vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S