Dünən axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində yenidən hava şəraiti bir-neçə saat ərazində qeyri-sabit keçib. Leysan yağışı yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb. Leysan yağışları gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən 3-cü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.
Kəndin inzibati ərazisinə yağan güclü leysan yağışları səbəbindən kənd daxili və kəndin ətrafındakı kiçik tutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəbəb olub. Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, kənd sakinlərinin toyuq cücəsi tələf olub 20-dən yuxarı evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.
Kənddə fəaliyyət göstərən orta məktəb və körpələr evi uşaq baxçası da daxil olmaqla bir neçə inzibati binaya yağış və sel suları nəticəsində müəyyən zərər dəyib. Daha bir nəfər kənd sakininin şəxsi təsərrüfatında yetişdirmək üçün götürdüyü ipık qurdu leysan yağışlarının yaratdığı sel suları alıtında qalaraq tələf olub. Hazırda müvafiq qrum nümayəndələri ərazidə lesyan yağışlarının yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.
Çərşənbə axşamı, 21 May 2024 13:20