Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Nurəddin Bədəlov" adına Folklor Evi kamança ifaçısı Nurəddin Bədəlovun 110 illiyinə həsr olunan "Nuxa" adlı yubiley tədbiri keçirib.
Tədbirdə şəhid valideynləri, sənətkarın tələbələri, şəhərimizin ziyalıları, sənət dostları və ailə üzvləri dəvət olunub. Çıxış edənlər Nurəddin Bədəlovun keçdiyi həyat yolundan, yaradıcılığından danışıb. Daha sonra tədbir musiqi çıxışları ilə davam edib.
Şənbə, 18 May 2024 13:08