Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində baş tutan tədbirdə Uşaq Səfirlər Məclisinin Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ rayonları üzrə regional nümayəndələri və fəalları üçün təlim proqramı təşkil edilib.
Təlimin keçirilməsində əsas məqsəd uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Sonda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.
Cümə, 17 May 2024 14:02