Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpaq sürüşməsi qeydə alınıb. Uzunluğu 36m, hündürlüyü 5 metr olan torpaq sahəsi çöküb. Sürüşmədən sonra ərazidəki evlər üçün təhlükəli vəziyyət yaranıb.
Evlərin divarlarında iri çatlar əmələ gəlib , dəmir dirəklər havada qalıb. Evlərin uçmasından ehtiyyat edən sakinlər deyir ki, ərazidə aktiv sürüşmə 2015 –ci ildəki zəlzələdən sonra başlayıb. Son günlər aramsız yağan yağışlar sürüşməni daha da intensivləşdirib.
Sakinlər deyir ki, 2022-ci ildə aidiyyatı orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib.
Yağıntılı havaların davam etməsi ərazidə növbəti torpaq sürüşməsi ehtimalını da artırır . Qısa zaman ərzində tədbirlər görülməsə hər an faciəyə yaşana bilər.
Cümə, 17 May 2024 13:45