Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşların zərər görməməsi üçün polis əməkdaşları zəruri tədbirləri davam etdirir. Balakən polisi bu məqsədlə bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də digər ictimai iaşə obyektlərində məlumatverici lövhələr quraşdırıblar.
Həmçinin, sakinlərlə profilaktik söhbətlər apararaq internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onları məlumatlandırıblar. Polis əməkdaşları kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə vətəndaşları diqqətli olmağa çağırıb və polisə məlumat vermələrini tövsiyə ediblər.
Cümə, 17 May 2024 11:48