Cümə axşamı, 16 May 2024 14:04

Təhlükə mənbəyinə çevrilən bina: “Gündə 5-6 dəfə kiramit tökülür”

Bu uçuq-sökük bina əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərsə də hazırda xarabalığa çevrilib. Bina Şəkinin Lev Tolstoy küçəsində, təxminən 100-ə yaxın ailənin yaşadığı ərazidə yerləşir. Sakinlər bildirir ki, köhnə tikilinin damından gündəlik olaraq kirəmitlər, daşlar uçaraq tökülür.

Binanın ətrafında azyaşlı uşaqların oynadığını, sakinlərin hərəkət etdiyini nəzərə alsaq təhlükənin nə qədər ciddi olduğunu anlamaq heç də çətin deyil.

Həmçinin uşaqlarını evlərindən dəfələrlə uzaqdakı bağçalara aparan sakinlər acınacaqlı vəziyyətdə olan binanın təmir edilib yenidən uşaq bağçası kimi istifadəyə verilməsini istəyirlər.

Məsələ barədə Şəki-Zaqatala RT idarəsindən isə bildirildi ki, sözügedən 7 saylı uşaq bağçası qəzalı vəziyyətdə olduğu üçün 2012-ci ildə eyni məhəllədə yerləşən Şəki şəhər 9 nömrəli tam orta məktəbin boş sinif otaqlarına yerləşdirilib. Bağçanın qəzalı vəziyyətdə olan binasının təmiri və yenidən fəaliyyətinə gəlincə isə...

Bağçanın yenidən təmir olunmasını gözləyənədək isə ərazidə aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir. Ümid edirik problemə bədbəxt hadisə baş vermədən müdaxilə edilər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S