Oğuz polisi vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir Elşən Ağayevi saxlayıb.O, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib. Araşdırmalarla Elşən Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.