Söhbət 5500 əhalisi olan Şəkinin Oxud kəndinin yollarından gedir. İndiyədək bir dəfə də olsun əsaslı təmir görməyən, asfalt örtüyü salınmayan bu yolun bir hissəsi bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də get-gedə dağılmaqda olan yolu salamat saxlamağa kifayət etməyib.