Qəbələdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun bütün küçələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib. Ümumrayon iməciliyində Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları, rayon könüllüləri iştirak edib.
İməcilik zamanı ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, magistral yollar, park və xiyabanlar abadlaşdırılıb, yaşıllıqlara qulluq göstərilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib. Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə bu cür tədbirlər davam etdiriləcək.
Çərşənbə axşamı, 02 Aprel 2024 11:37