Ölkənin bir çox ərazilərində olduğu kimi Şamaxının da mərkəzində sürü halında gəzən itlər sakinlər üçün qorxu və təhlükə mənbəyinə çevrilib. Problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar hərəkətə keçib. Şəhərin kənarında sığınacaq yaradılıb və sahibsiz küçə itləri toplanaraq həmin sığınacağa yerləşdirilir.
Son vaxtlar itlərin hücumuna məruz qalanlar hədsiz çoxaldığından bu xəbər Şamaxı sakinlərinin sevincinə səbəb olub. Sahibsiz itlərin əlindən nəinki gecə, gündüz də küçəyə çıxmaqdan ehtiyyat edən sakinlər bu addımı alqışlayır. Hazırda sığınacağı genişləndirmək üçün iş aparılır. Sığınacağın ərazisi böyüdüldükdən sonra şəhərlə yanaşı, kəndlərdə olan sahibsiz itlər də toplanacaq.
Bazar ertəsi, 01 Aprel 2024 14:22