Şəkili rəssam Rövşən Hüseynov 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşmuş şəkili şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq silsilə portretlər üzərində işləyir. Rəssam bu dəfə şəhid mayor Xəyal Məmmədovun mismar və saplardan istifadə edərək portretini yaradıb.
Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq yaradılan portret xatirə olaraq şəhidin ailəsinə təqdim edilib. Qeyd edək ki, Xəyal Məmmədov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhadətə yüksəlib.
Şəhidin portreti ailəsinə hədiyyə edildi