Nəticədə gediş-gəlişdə fasilələr yaranıb. Gəndov kəndi ərazisində 42, eni 7 metr olan körpünün günorta saatlarında giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asfalt örtüyü çöküb. Yolun en hissəsi ümumilikdə 7 metrdir, salamat qalan 2 metrlik hissədən yalnızca kiçik avtomobillər və piyadalar istifadə edir.
Ağırtutumlu yük avtomobillərinin isə hər iki istiqamətdə hərəkəti hələ ki, məhduddur. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. İsmayıllı-Lahıc istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmalarını tövsiyə edilib. Ən qısa zamanda problem aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək.
Şənbə, 30 Mart 2024 14:29