Şamaxıda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. Anım tədbirində rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri soyqırım abidəsini ziyarət edib abidə önünə gül dəstələri düzülüb. Xatırladaq ki, erməni-daşnak qüvvələrinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçülərinə görə Şamaxı qırğınları xüsusi yer tutur. Belə ki, erməni qəsbkarlarının Şamaxıya hücumu nəticəsində 58 kənddə 8 027 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Şamaxı şəhərində 13 məscid, o cümlədən Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılıb.