Heydər Əliyev Mərkəzində Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Elm günü”-nə həsr olunan hesabat xarakterli elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan elminə lazımi şəraitin yaradılmasında ulu öndərin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb. Bildirilib ki, konfransın əsas məqsədi elmi tədqiqatlarda son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Çıxış edənlər Elmi mərkəzin elmi-tədqiqat şöbələrində Şimal-qərb bölgəsi üzrə elmi tədqiqat işləri, alınan ən mühüm elmi nəticələr haqqında ətraflı məlumatlar veriblər. Rəsmi hissədən sonra “COP-29 meqalayihəsi: iqlim dəyişikliyi qlobal ekoloji problem kimi”, “Şəkidə ekoturizm potensialı”, İpəkçiliyin regionun iqtisadiyyatında rolu və təsiri”, "Azərbaycanın şimal-qərb regionu folklorunda simvollar” və digər mövzularda məruzələr dinlənilib.
Cümə axşamı, 28 Mart 2024 13:21