Bura hansısa ucqar kəndin ərazisi deyil, Şəkinin Mübariz İbrahimov küçəsidir. 20-yə yaxın ailənin yaşadığı küçə asfalt üzü görməyib. Bu azmış kimi su-kanalizasiya xəttinin çəkilişi zamanı qazılan yol biraz da yararsız hala düşüb. Sakinllər deyir ki, günü-gündən çökən yol yağış yağdıqda tamamilə keçilməz olur.
Sakinlər deyir ki, yolda maşınlar belə hərəkət etməkdə çətinlik çəkir. Dərsə gedən məktəblilər, işə gedən sakinlərsə küçədən geyimləri təmiz şəkildə keçə bilmirlər. Şəki Şəhər İcra Hakimiyyətindən isə məsələ barədə bildirildi ki, həmin əraziyə baxış keçirilib, müvafiq ölçmə işləri aparılıb, lahiyə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Vəsait ayrılacağı təqdirdə küçədə asfalt örtüyünün çəkilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, oxşar vəziyyət Şəkinin əksər daxili küçələrində hökm sürür. Ümid edirik ki, tezliklə vəsait ayrılar və problemin həll istiqamətində işlərə başlanar.
Çərşənbə axşamı, 26 Mart 2024 12:03