Çərşənbə axşamı, 26 Mart 2024 07:38

Yaslarda yemək qadağası...

Əgər bir yaxının rəhmətə getdisə, onun kədəri, dəfn mərasimi qalır bir tərəfdə, başlayırsan bir toyun bazarlığını etməyə. Çünki baş sağlığı üçün gələnlərə ən pis halda dovğa, bozbaş, plov verməlisən. Əgər maddi imkanı yaxşı deyilsə, borc alıb, hətta kredit götürüb yas verənlər də az deyil. Necə deyərlər, "qəşəng" ehsan verməsə, adam içinə çıxmağa xəcalət çəkəcək. Bu kimi problemlərdən təngə gələn Şəki rayonunun Şirinbulaq kənd camaatı ümumi bir qərar verib ki, bundan sonra yas mərasimlərində yemək verilməsin. Yaxınını itirmiş şəxslərin "ehsan" süfrələri açmaqda yarışması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına ziddir. Şəkinin Kiçik Dəhnə, Kiş və Oxud kəndlərində artıq yaslarda yemək verilməsi adəti tədricən aradan qaldırılır. Şübhəsiz ki, oturuşmuş ənənələrin asanlıqla ləğv edilməsi çətindir. Problemdən xilas olmağın mükəmməl yolusa maarifləndirmə, yas məclislərini idarə edən din xadimlərinin öz vəzifələrini və məsuliyyətlərini dürüst anlamalarıdır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S