Şamaxı rayonu Cavanşir Balayev küçəsində yerləşən 2 nömrəli yaşayış binası ötən əsrin 80-ci illərində inşa olunub. 3 mərtəbəli, 19 mənzilli binanın sakinləri antisanitar şəraitdə yaşayır. Belə ki, bu illər ərzində bir dəfə də olsun təmir edilməyən binanın kanalizasiya xətti sıradan çıxıb. Nəticədə xüsusilə də yağışlı günlərdə binanın zirzəmisi və həyəti çirkab sularına qərq olur. Binada yaşayış üfunət qoxusundan mümkünsüz hal alır...