Zaqatalada əlində qumbara partlayan 18 yaşlı gənc ölüb. Hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Muxax kənd sakini Məhəmməd Ömərov ərazidən qumbara tapıb. O, tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Məhəmməd Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Şənbə, 16 Mart 2024 14:26