Binaların fasadı, dayanacaqlar və ya dirəklərin üzəri reklam lövhələrinə çevrilib. Vətəndaşlar, xırda sahibkarlar öz elan və reklamlarını təşkil etmək üçün bu cür asan yola əla atır. Ancaq bu vəziyyət şəhərin estetik görünüşünə xələl gətirir. Kağız şəklində yapışdırılan elanlar daha sonra cırılır və qoyduğu iz xoş olmayan mənzərə yaradır. Əslində elan və ya reklam yerləşdirmək üçün xüsusi yerlər ayrılır və bu yerlərdə reklam yerləşdirmək istəyən şəxslər müəyyən ödəniş etməlidir. Bu cür hallara qarşı isə inzibati xətalar məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Ekspertlər isə problemin həlli yolunu insanların öz elanlarını ödənişsiz yapışdırması üçün xüsusi lövhələrin olmasında görür. Problemin aradan qaldırılması istiqamətində Şəkidə hansı işlərin aparıldığına gəlincə, təəssüf ki, qurumlar bir-birinin üzərinə atdığından nəzarəti kimin həyata keçirdiyini aydınlaşdıra bilmədik.