Təbiət hadisəsi rayonun Dağ Göylər kəndi ərazisində qeydə alınıb. Vulkan püskürməsi zamanı yerin altından xaric olan palçıq təxminən 10 metr hündürlüyə qalxaraq 1 hektara yaxın əraziyə yayılıb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər.
Sakinlərin sözlərinə görə, Məlikçobanlı palçıq vulkanında adətən ildə bir neçə püskürmə qeydə alınır. Lakin son vulkan püskürməsi daha güclü olub. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Vulkanın püskürdüyü ərazidən bir qədər aralıda sakinlərin əkin sahələri yerləşir.
Sakinlər sonuncu dəfə bu vulkanın 1986-cı ildə güclü püskürdüyünü və həmin vaxt örüş yeri kimi istifadə olunan ərazidə mal-qaranın palçıq qatının altında qaldığını bildirirlər. Şamaxıda yerləşən digər vulkanların da aktivləşməsi və güclü püskürmənin ola biləcəyi ilə bağlı iddialar isə ərazidə geoloqların araşdırmasından sonra öz təsdiqini tapacaq.
Şənbə, 09 Mart 2024 15:17