İsmayıllıda qanunsuz kömür quyuları aşkarlanıb. Ekoloji mühitin qorunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri Şaiq Ziyadov və Gülbala Ziyadov olduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.
Şənbə, 09 Mart 2024 14:22