Çıxışlarda şəhid anaları, o cümlədən bütün xanımlar təbrik edilib, qadınların Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan, bu gün ölkəmizdə dövlət səviyyəsində qadınlara, xüsusən də şəhid analarına və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan geniş söhbət açılıb.
Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açılıb, vətən uğrunda can verən oğullarımızın xatirəsinin hər zaman ehtiramla yad olunduğunu diqqətə çatdırılıb. Tədbirdə çıxış edən şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Sonda şəhid analarına gül dəstələri və bayram hədiyyələri təqdim olunub.
Cümə, 08 Mart 2024 13:21