Çərşənbə axşamı, 05 Mart 2024 13:01

Aşağı Tala kəndinin sakinlərinin yol problemi...

Zaqatala rayonunun mərkəzə yaxın və böyük kəndlərindən biri olan Aşağı Tala kəndinin Qazil oba adlanan böyük bir küçəsinin sakinləri artıq uzun illərdir ki, yol sarıdan əziyyət çəkirlər. 100-dən çox təsərrüfatın yerləşdiyi yol ümumilkdə 4 km-ə qədərdir. Sakinlər ilin üç fəsli palçıq, yayda isə toz əlindən yoldan keçməyin çətinliyindən gileylənirlər. Küçənin keçilməzliyi sakinlərlə yanaşı, bu yoldan nəqlliyyat vasitələri ilə hərəkət edən sürücüləri də çətinə salır. Sözügedən yol, məhəllədaxili yol olduğu üçün kənd bələdiyyəsinin balansına daxildir. Bələdiyyə sədri problemdən xəbərdar olduqlarını, yaxın keçmişdə digər küçələrin təmir edildiyini bildirdi. Sözügedən küçənin bərpasına gəlincə isə.. 8000-dən çox əhalinin yaşadığı bu kənddə belə görünür, təmirli yol üçün hamı əlini daşın altına qoymalıdır. Ümid edirik problem tezliklə həllini tapar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S