Bazar ertəsi, 04 Mart 2024 10:26

Soyuqlar düşən kimi, mavi yanacağı olmayan Qəbələnin Daşca kəndinin sakinlərinin giley-güzarı artır...

Qışı sərt keçən Qəbələnin Daşca kəndində soyuqlar düşən kimi sakinlərin də giley-güzarı artır. Odur ki, indi sakinlər qış aylarının bitməsinə görə sevinir. Buna səbəb kəndin yarısında mavi yanacağın olmamasıdır. Sakinlər qışda donmamaq üçün yanacaq kimi odun, fındıq qabığı kimi vasitələrdən istifadə etməli olurlar. Ancaq dediklərinə görə bu da onlara ucuz başa gəlmir.

Ayda 800 manata yaxın xərc çəkirlər. Məsələ ilə bağlı Azəriqaz İB-nin Qəbələ Xidmət sahəsindən bildirildi ki, hazırda kəndin geri qalan hissəsinin qazlaşdırılması dayansa da, bu problem qısa zamanda aradan qaldırılacaq. Qurum rəsmisi eyni zamanda qazlaşmanın yarımçıq dayandırılmasına da aydınlıq gətirdi. Belə görünür, Daşcalılar növbəti qışı sevinclə qarşılayacaqlar. Verilən vədlər təsdiqini tapsa kəndin hamısı tezliklə mavi yanacaqla təmin olunacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S