Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.52 min 267 şagirdin iştirakının nəzərdə tutulduğu Imtahan 30 şəhər və rayonda təşkil olunub.
İmtahanların idarə olunmasına 610 imtahan rəhbəri, 4899 nəzarətçi ayrılıb. Imtahan prosesini Şəkidə izləmişik. DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 2009 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 193 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 161 zal ayrılıb.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Bazar ertəsi, 04 Mart 2024 10:06