Şənbə, 02 Mart 2024 14:14

Qobustanda kişi arvadını öldürüb...

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib. 42 yaşlı Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 51 yaşlı Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Mürsəl Cabbarov saxlanılıb və polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki,Sadıqova Günel iki övladı ilə birlikdə bir müddətdir ki,atasının evində yaşayırmış, qətl hadisəsi də Günel Sadıqovanın atası evində baş verib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S