Cümə axşamı, 29 Fevral 2024 14:34

Əlçatan xidmətə çata bilməyən Mərzəndiyəlilər...

Şamaxının Mərzəndiyə kəndində 5 ilə yaxındır ki, əhaliyə poçt xidmətləri göstərilmir... Uzun illər ərzində kənddə poçt xidməti olsa da sonradan fəaliyyəti dayandırılıb. Bu da sakinlərin işini əməlli başlı çətinə salıb. Belə ki, sakinlər kommunal ödənişlərini ödəyə və poçt sahəsində olan digər üstünlüklərdən yararlana bilmir. Mərzəndiyyə kəndinin şəhərdən uzaqda yerləşməsi problemin həllini sakinlər üçün daha vacib edir. Çünki poçtla bağlı işlərini həll etmək üçün şəhərə getməli olan sakinlər ikiqat ziyana düşürlər. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etsələr də bir cavab ala bilməyiblər. Məsələ ilə bağlı bizim sorğumuza cavab olaraq isə "Azərpoçt" MMC-dən bildirildi ki, tələbat az olduğuna görə ayrıca poçt şöbəsinin fəaliyyət göstərməsi səmərəli hesab olunmayıb və fəaliyyəti dayandırılıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə həmin şöbənin xidmətləri 4-5 km aralıdakı Sabir qəsəbəsində yerləşən poçt şöbəsinə həvalə olunub. Müəssisənin yenidən fəaliyyəti hazırda gündəmdə deyil.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S