Cümə axşamı, 29 Fevral 2024 11:26

Şagirdlərlə maarifləndirici söhbətlər davam edir...

Şəkidə hüquq-mühafizə orqanları tərəfindən təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Şəkinin 5 nömrəli tam orta məktəbində keçirilən tədbirdə “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm”, “Erkən nikah və onun fəsadları” mövzularında şagirdlərlə söhbətlər aparılıb. Görüşdə hüquq-mühafizə orqanlarının rəsmiləri, məktəb kollektivi iştirak edib. Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa, asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq durmaga çağırıb. Bununla yanaşı, erkən nikahın fəsadları, dini radikalizmin mənfi nəticələrindən də söz açılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S